Rusiyalı biznesmen Əlişir Usmanov və Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti, Rusiya yığmasının baş məqçisi İrina Viner rəsmi olaraq boşanıblar.
Bu barədə Baza teleqram kanalında məlumat yayılıb.
Bildirib ki, iyulun 4-də Moskvanın vətəndaşlıq vəziyyəti aktlarını qeyd edən şöbələrindən birində milyarderlə məşqçi ayrılıblar.
Qeyd edək ki, 68 yaşlı Əlişir Usmanov və 73 yaşlı İrina Viner-Usmanova 1992-ci ildə evləniblər. Onların ortaq övladları yoxdur.
Xatırladaq ki, Əlişir Usmanov 11.5 milyard dollar sərmayə ilə Rusiyanın ən varlı insanlarının reytinqi cədvəlində yeddinci sırada dayanır.