Norveçin Oslo şəhərində məscidin qarşısında "Qurani-Kərim" kitabı yandırılıb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, irqçi Sian qrupunun lideri Lars Torsen məscidə gedərək nümayişkəranə şəkildə müqəddəs kitabı yandırıb. Onun bu təxribatçı hərəkətinə ətrafdakı müsəlmanlar reaksiya verərək Torseni təqib ediblər.
Quranı yandıran norveçlinin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.
Torsen də daxil olmaqla avtomobildə olan 6 nəfər yüngül xəsarət alıb. Polis digər avtomobildə olan iki müsəlman qadını saxlayıb.
Lars Torsen onu lentə alan müsəlmanlara “Çıxın ölkədən”, mən Quranı yandırmağa gəlmişəm” - deyib.