Fransanın PSJ komandası baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayırıb.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, argentinalı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib. Onun Paris təmsilçisi ilə sözləşməsi gələn ilin yayında başa çatmalı idi.
50 yaşlı baş məşqçini bu vəzifədə Kristof Qaltye əvəzləyəcək.
Qeyd edək ki, Maurisio Poçettino 2021-ci ilin yanvarından PSJ-yə başçılıq edirdi.