FHN-in əsgəri cüdo üzrə Avropa çempionu olub - FOTO

15:46 - 5 İyul 2022 - İDMAN

İyulun 2-3-də Rumıniyanın Kluj-Napoka şəhərində Cüdo üzrə böyüklər arasında Açıq Avropa turniri keçirilib. Yarışda 32 ölkənin 200-dən artıq idmançısı iştirak edib.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, beynəlxalq turnirdə Azərbaycan cüdo millisinin üzvü, FHN-in Mülki müdafiə qoşunlarının əsgəri Murad Fətiyev 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.

Qeyd edək ki, Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub.


Xəbər xətti