Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun agenti Jorje Mendeş “Barselona”nın prezidenti Joan Laporta ilə görüşüb.
Tərəflər İngiltərə klubundan ayrılmaq istəyən 37 yaşlı hücumçunun Kataloniya klubuna mümkün transferini müzakirə ediblər.
Qeyd edək ki, K.Ronaldu 2021-ci ilin avqustunda “Mançester Yunayted”ə qayıdıb.
Hücumçunun “Qırmızı şeytanlar”la müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir./oxu.az