Ermənistan himninə görə güləşçimizin medalı əlindən alındı - VİDEO

14:53 - 4 İyul 2022 - Xəbər

Azərbaycan güləşçisi Sabir Cəfərov Romada keçirilən Avropa çempionatının finalında erməni idmançı Hayk Papikyana 2:3 hesabı ilə uduzub.

Ucnoqta.az xəbər verir ki, güləşçimiz mükafatlandırma mərasimində Ermənistan himni səslənən zaman fəxri kürsünü tərk edib.
Ermənistan Güləş Federasiyası Sabir Cəfərovdan Beynəlxalq Güləş Federasiyasına şikayət ünvanlayıb. Bundan sonra S.Cəfərov diskvalifikasiya edilib və onun medalı əlindən alınıb.

Qeyd edək ki, Sabir Cəfərov dəfələrlə beynəlxalq yarışlarda erməni idmançılara qalib gəlib. O, 2019-cu ildə erməni güləşçi üzərində 6:1 hesablı parlaq qələbə ilə Avropa çempionu olub.

Xəbər xətti