Bazarda avtomobillər bahalaşıb - VİDEO

08:48 - 4 İyul 2022 - AVTO

Paytaxt Bakının avtomobil bazarında durğunluq yaşanır. 

Satıcılar deyirlər ki, bazarda əsasən az yanacaq işlədən maşınlara üstünlük verilir.
Alıcılar isə bildirirlər ki, maşınların qiyməti bahalaşıb. Qiymət fərqi ötən illə müqayisədə 2-4 min arası dəyişir.

Satıcılar bildirirlər ki, ümumiyyətlə, yay fəslində maşınların qiymətində bahalaşma olur. Səbəb isə bu fəsildə maşına tələbatın çox olmasıdır.

Bazarda Çindən gələn maşınlara tələbatın artdığı bildirilir.

Xəbər xətti