Ucnoqta.az
www.ucnoqta.az

Bazarda avtomobillər bahalaşıb - <font color=red><b>VİDEO</b></font>

08:48 - 4 İyul 2022 tarixində dərc olunub.

Paytaxt Bakının avtomobil bazarında durğunluq yaşanır. 

Satıcılar deyirlər ki, bazarda əsasən az yanacaq işlədən maşınlara üstünlük verilir.
Alıcılar isə bildirirlər ki, maşınların qiyməti bahalaşıb. Qiymət fərqi ötən illə müqayisədə 2-4 min arası dəyişir.

Satıcılar bildirirlər ki, ümumiyyətlə, yay fəslində maşınların qiymətində bahalaşma olur. Səbəb isə bu fəsildə maşına tələbatın çox olmasıdır.

Bazarda Çindən gələn maşınlara tələbatın artdığı bildirilir.

Müəllif: