Kredit borcunu ödəyə bilməyənlərin nəzərinə! - VİDEO

06:23 - 1 İyul 2022 - Cəmiyyət

Koronavirus təkcə insanların sağlamlığına yox, həyat şəraitinə də təsir etdi. Belə ki, pandemiyanın ən pik dövründə ictimai iaşə müəssisələri, ticarət mərkəzləri və bir sıra iş yerlərinin fəaliyyəti məhdudlaşdırıldığından insanların bəziləri ya işsiz qaldı, ya da gəlirləri azaldı.

Bu vəziyyətdən isə ən çox kredit borcu olanlar əziyyət çəkməyə başladılar. Vəkil Anar Ramazanov bildirir ki, gəlirləri azaldığından pandemiya dövründə on minlərlə vətəndaşın kredit tarixçəsində gecikmələr yarandı, hətta bəzi müştərilər banklar tərəfindən məhkəməyə verildi. Ancaq Mərkəzi Bankın tövsiyəsi ilə müəyyən güzəştlər də tətbiq edildi.

Problemlər hətta ipoteka və biznes yönümlü iri məbləğli kreditlərdə də müşahidə olunur. Bütün bu məsələlərə görə, Vəkil Anar Ramazanov kredit müqaviləsində baş verə biləcək hər hansı fövqəladə vəziyyətin nəzərə alınmalı olduğunu deyir. Yalnız bu halda borcunu ödəyə bilməyən vətəndaş çətinliklə üzləşməz.

İqtisadçı Xalid Kərimli isə bildirir ki, pandemiyada banklara da risklərini qarşılamaq üçün müəyyən güzəştlər olundu.

İqtisadçının sözlərinə görə, məhdudiyyətlərin yumşaldılması problemli kreditlərə müsbət istiqamətdə təsir edib. Belə ki, ötən illə müqayisədə belə kreditlərin həcmi 26 faiz azalıb.

Xəbər xətti