“El Klasiko”ların tarixi açıqlandı

01:32 - 24 İyun 2022 - İDMAN

İspaniya La Liqası öz rəsmi saytında 2022/2023 mövsümünün təqvimini açıqlayıb. Məlumata görə, çempionat avqustun 14-də başlayacaq. Yeni mövsümdəki “El Klasiko”ların da tarixinə aydınlıq gəlib. Belə ki, təqvimə əsasən, 16 oktyabrda “Real” (Madrid) – “Barselona”, ​​19 martda isə “Barselona” – “Real” (Madrid) qarşılaşmaları baş tutacaq.

Xəbər xətti