“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampf Azərbaycanda sərvət qazanacaq.
Ucnoqta.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın “ProSport” nəşri məlumat yayıb.
Bildirilib ki, 47 yaşlı mütəxəssisin Bakı klubundakı illik məvacibi 480 min avro olacaq. Yəni Regekampfın “ağ-qaralar”da aylıq maaşı 40 min avro olacaq. Mükafatları da nəzərə alsaq, rumıniyalı çalışdırıcı ölkəmizdə bir ilinə 1 milyon manatdan çox qazanc götürəcək.
Qeyd edək ki, Laurentsiu Regekampf “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.