İtaliyanın "Fiorentina" komandası İspaniyanın "Real" klubu ilə danışıqlar aparır. Danışıqlarda “Real”ın hücumçu Luka Yoviçin İtaliya klubuna icarəsi verilməsi müzakirə olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat verib. Məlumata görə, Madrid klubu 24 yaşlı Serbiya millisinin futbolçusuna maaşının yarısını verməyə hazırdır. Mənbənin sözlərinə görə, Yoviç özü də artıq “Fiorentina”ya keçməyə razılaşıb.