FİFA transgenderlərin yarışmalarda iştirakına icazə vermək üçün yeni qaydalar üzərində işləyir.
Ucnoqta.az xəbər verir ki, FİFA hazırda gender bərabərliyi qaydalarını nəzərdən keçirir və mütəxəssislərlə məsləhətləşmələr aparır:
"Proses hələ də davam etdiyi üçün FİFA təklif olunan düzəlişlərin mahiyyətini şərh edə bilməz”, - FİFA nümayəndəsi bildirib.
Onun sözlərinə görə, təşkilat tibb, hüquq, elm, idman nailiyyətləri sahəsində ekspertlərlə əməkdaşlıq edir, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin mövqeyini nəzərə alır.
"Əgər FİFA-dan yeni qaydalar qüvvəyə minənədək oyunçunun yarışmaya buraxılmasının qanunauyğunluğunun yoxlanılması tələb edilərsə, FİFA insan hüquqlarının qorunması öhdəliyini nəzərə almaqla, hər bir belə işə ayrı-ayrılıqda baxacaq". -sözçü bildirib.
Təşkilat layihə üzərində qapalı formatda işləyir, çünki bəzi yüksək səviyyəli rəhbərlər onun hazırkı formada tənzimləmə müddəalarına kəskin ictimai reaksiyadan ehtiyat edirlər.
FİFA təklif edir ki, transgender qadın kişi cinsi yetkinliyi nəticəsində rəqabət üstünlüyünü qoruyub saxlaya bilibsə qadın kateqoriyasında yarışa buraxılmamalıdır. Bunun necə müəyyən ediləcəyi hələlik bəlli deyil. Lakin hər bir halda müstəqil ekspertlər qrupu cəlb olunacaq və onların rəyi nəzərə alınacaq..