Zidan PSJ ilə müqavilədən imtina edib

15:40 - 20 İyun 2022 - İDMAN

Zinəddin Zidan PSJ ilə müqavilə bağlamağa yaxın olub.

Məşqçi və klub bu yay danışıqlar aparıblar. Hətta razılığa o qədər yaxın olublar ki, PSJ Zidanın təyinatı ilə bağlı rəsmi açıqlama hazırlamağa başlayıb. Lakin təyinat baş tutmayıb, Zidan PSJ ilə işləməkdən imtina edib. Bunun da öz səbəbi var. O, Fransa yığma komandasına rəhbərlik etmək fürsətini gözləmək qərarına gəlib.  Hazırkı baş məşqçi Didye Deşamın müqaviləsi 2022-ci il dünya çempionatının sonuna qədər qüvvədədir və yenilənməyib. Deməli, Zidan dünya çempionatından sonra milliyə rəhbərlik edə bilər. Bu səbəbdən də Zinəddin milli komanda ilə işləmək fürsətini əldən vermək istəməyib.

Gələcəkdə Zidanın PSJ-yə rəhbərlik etməsi mümkündür. Amma indi məşqçi hesab edir ki, vaxt hələ çatmayıb.
Zidanın millinin yeni baş məşqçisi olacağı ilə bağlı Fransa Futbol Federasiyasından zəmanət alıb-almadığı məlum deyil. Buna baxmayaraq, o, Fransa millisində vakansiya gözləmək qərarına gəlib.

Xəbər xətti