Futbolçu azarkeşi məhkəməyə VERDİ

17:51 - 19 İyun 2022 - İDMAN

“Mançester Yunayted”in hücumçusu Markus Reşford sosial şəbəkədə onu təhqir edən misirli azarkeşi məhkəməyə verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "OnTime Sports" məlumat yayıb.
Azarkeşin vəkilinin sözlərinə görə, futbolçu müvəkkilini irqçilik, təqib və təhdiddə ittiham edir, maraqlarını müdafiə etmək üçün 10 vəkil tutub.

24 yaşlı hücumçunun komandası azarkeşdən müvəqqəti olaraq 15 min funt-sterlinq təzminat tələb edib. Təzminatın tam məbləği daha sonra müəyyənləşəcək.

Bu iş üzrə Misirdə məhkəmə iclası iyulun 7-nə təxirə salınıb.

Xəbər xətti