İsrailin Tel-Əviv şəhərində bədii gimnastika üzrə keçirilən Avropa çempionatında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamız çoxnövçülük yarışlarında (31.800 xal) bürünc medal qazanıb.
Komandamız həmçinin ayrı-ayrı alətlər (5 halqa, 3 lent və 2 top) üzrə sabah keçiriləcək final mərhələsinə vəsiqə əldə edib.