Namik Ələskərov "Sabah"la müqavilə imzalayıb

10:56 - 17 İyun 2022 - İDMAN

Namik Ələskərov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü “Sabah”a keçib.

Paytaxt təmsilçisi sosial şəbəkə vasitəsilə bu keçidi açıqlayıb. Ötən mövsümü Türkiyə TFF I liqasında “Bursaspor”un heyətində keçirən Ələskərov yeni komandası ilə 3 illik müqavilə imzalayıb. O, “Sabah”da 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Sabah” ona qədər Tellur Mütəllimov, Anatoli Nuriyev və Davit Volkovu transfer edib. Nicat Mehbalıyev isə “Qəbələ”dən icarədən qayıdıb.

 

Xəbər xətti