2026-cı il ABŞ, Kanada və Meksikada təşkil olunacaq futbol üzrə dünya çempionatının keçiriləcəyi şəhərlər müəyyənləşib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FİFA) “Twitter“ səhifəsində 2026-cı ildə dünya çempionatının keçiriləcəyi şəhərlərin siyahısını dərc edib.
Beynəlxalq turnir ABŞ-ın Atlanta, Boston, Dallas, Hyuston, Kanzas Siti, Los Anceles, Mayami, Nyu-York/Nyu Cersi, Filadelfiya, San Fransisko və Sietl şəhərlərində olacaq. Meksikada oyunlar Qvadalaxara, Mexiko və Monterreydə keçiriləcək. Kanadada isə matçlar Toronto və Vankuverdə keçiriləcək.
Xatırladaq ki, 2026-cı ildə keçiriləcək Dünya Çempionatında ilk dəfə 32 deyil, 48 ölkə 16 qrupda mübarizə aparacaq.
Hər qrupdan 2 komanda 1/16 finala yüksələcək. Bundan başqa həmin il keçiriləcək dünya çempionatı ilk dəfə 3 ölkədə təşkil olunacaq.
Əvvəllər yalnız bir dəfə 2 ölkə - Yaponiya və Cənubi Koreya 2002-ci ildə keçirilən dünya çempionatına ev sahibliyi edib.