U-21 yığması da məğlub oldu

22:10 - 14 İyun 2022 - İDMAN

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib. "Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Drammen şəhərindəki “Marienlyst” stadionunda oynanılan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1. Azərbaycan yığmasının yeganə qolunu 66-cı dəqiqədə İldar Alekperov vurub. Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran Norveç yığması 2023-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqəni təmin edib. Azərbaycan millisi isə seçmə mərhələni 7 xalla 5-ci sırada bitirib.

Xəbər xətti