Futbol qaydalarında dəyişiklik olub.
Bu barədə qərarı Futbol Assosiasiyaları Beynəlxalq Şurası (İFAB) qəbul edib.
Qurum futbol oyunları zamanı 5 əvəzetmə qaydasının daimi olmasını məqsədəuyğun sayıb. 2022-ci il iyulun 1-dən etibarən bütün matçlarda 5 oyunçu dəyişikliyi mümkün olacaq.
Qeyd edək ki, koronavirus pandemiyası dövründə müvəqqəti olaraq oyun ərzində 5 əvəzetmədən istifadə olunması barədə qərar 2020-ci ilin mayında verilmişdi.