Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
Ucnoqta.az xəbər verir ki, qəza sprint yarışında yaşanıb. Belə ki, "Prema Racing"dən Dennis Hauger sprint yarışında 14-cü dövrədə qoruyucu səddə çırpılıb.
Nəticədə 19 yaşlı pilot mübarizəni dayandırmalı olub.