"Qol vurmağı hamıdan çox istəyirəm" - Mahir Emreli

00:05 - 11 İyun 2022 - İDMAN

"Hücumda çoxalmaq lazım idi. Bu yöndə problem yaşayırıq".

Bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Slovakiyaya 0:1 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

25 yaşlı hücumçu qol epizodlarından istifadə edə bilmədiklərini söyləyib: "Əvvəlki oyunlara baxanda qapıya çox zərbələr endirdiyimizi görə bilərik. Əvvəlki iki oyunda təxminən qapıya 30 zərbə endirmişdik".

Forvard artıq hücumameyilli oyun sərgilədiklərini söyləyib: "Ümid edirəm ki, sonuncu görüşdə qələbə qazanacağıq və qol hesabını açacağıq".

Emreli yığmada qol vura bilməməsi barədə də danışıb: "Tənqidlərə normal yanaşıram. Uzun müddət yığmada qol vurmayanda insanlarda belə fikir formalaşması normaldır. Amma qol vurmağı hamıdan çox özüm istəyirəm. Bunun üçün də çalışıram. Xarici klubda oynamaq gözəl hissdir. Amma heç bir hiss doğma vətənin üçün oynamaqdan üstün deyil. Bu söhbətlərə son qoymaq niyyətindəyəm. Ümid edirəm ki, növbəti görüşdə fərqlənə biləcəyəm".///report

Xəbər xətti