Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunda Slovakiya ilə qarşılaşıb.
Ucnoqta.az xəbər verir ki, Bakıda “Dalğa Arena”da keçirilən oyunda Azərbaycan millisi 0:1 hesabı ilə məğlub olub.
Oyunda yeganə qolu 81-ci dəqiqədə Vladimir Vays vurub.
Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub, daha sonra isə Serbiyada Belarusla qolsuz bərabərə qalıb.