Azərbaycan - Belarus oyununu yunanıstanlı hakimlər idarə edəcək

16:58 - 10 İyun 2022 - İDMAN

Azərbaycan və Belarus komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının IV tur oyununun təyinatları açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, görüşün baş hakimi yunanıstanlı Anastasios Papapetru olacaq. Ona həmyerlilərindən Trifon Petropulos və İordanis Aptosoqlu yan xətt, Georgios Tsovaras dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, iyunun 13-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus oyunu saat 20:00-da başlanacaq.

Xəbər xətti