İngiltərə klubu "Benfika"nın 22 yaşlı futbolçusu Darvin Nuneş üçün 100 milyon avro təklif edib.
Ucnoqta.az xəbər verir ki, "Benfika" təkliflə razılaşarsa, uruqvaylı "Liverpul"un tarixindəki ən böyük məbləğli transfer olacaq.
Məlumata görə, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Darvinin oyunundan çox razıdır və onu komandasında görmək istəyir. Artıq Nunes də "Benfika"nın rəhbərliyinə "Liverpul"a keçmək istədiyini bildirib.
Hazırda müdafiəçi Vircil van Deyk “Liverpul”un rekord transferi sayılır. O, "Sauthempton"dan 75 milyon funt sterlinqə alınıb.
Nunes ötən mövsüm "Benfika"nın heyətində 41 oyunda 34 qol vurub və 4 məhsuldar ötürmə edib. Xüsusilə, Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la matçlarda iki dəfə fərqlənib.