Xəbər verdiyimiz kimi millət vəkili Etibar Əliyev Zərifə xanım Əliyevanın adını daşıyan Liseydə müəllim adına yaraşmayan hərəkətlərə yol verildiyini bildirən bəyanatla çıxış edib.
Qısa müddət ərzində məsələ ictimailəşib və həmçinin hadisənin videosu sosial şəbəkələrdə paylaşılıb.
Bildirək ki, məktəb rəhbərliyinin təşkilatçılığı ilə paytaxt restoranlarının birində əyləncə təşkil edilib. Direktor Aynur Hüseynovanın da iştirak etdiyi məclisdə direktor müavini Nigar Axundova rəqs edən qadın müəllimələrdən birinin sinəsinə pul qoyub. Məclisdə iştirak edən digər iştirakçılar tərəfindən bu rəqs videoya çəkilib və sosial şəbəkələrdə paylaşılıb.
Həmin videoya heç bir şərh vermədən təqdim edirik:
///yenisabah