Azərbaycan millisi bu gün növbəti oyununa çıxır

07:47 - 6 İyun 2022 - İDMAN

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Ucnoqta.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Serbiyada Belarusla üz-üzə gələcək.

Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Görüşü Məhəmməd Əl-Hakimin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək.

Xəbər xətti