Bu gün Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək.
Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağı olacaq. Nur–Sultandakı "Astana Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Görüşü İştvan Vadın rəhbərliyi ilə macarıstanlı hakimlər idarə edəcək. Azərbaycan millisi tarixində indiyədək bu ölkənin əsas komandası ilə 9 görüş, U-21 yığması ilə 1 oyun keçirib.
Komanda keçirdiyi 10 qarşılaşmanın 4-də məğlub olub, eyni sayda heç-heçə edib, cəmi 2 dəfə qələbə qazanıb.