Mövsümü "qızıl dubl"la başa vuran "Qarabağ" iki legioneri ilə yolları ayırıb.
Ucnoqta.az xəbər verir ki, bunlar Riçard Almeyda və Xayme Romerodur.
Ağdam təmsilçisi ilə olan müqavilələrinin müddəti başa çatan yarımmüdafiəçilərə yeni anlaşma təklif olunmayıb. Hər iki oyunçu bu yay özünə yeni iş yeri axtaracaq.
Qeyd edək ki, ispaniyalı Xayme ciddi zədə üzündən mövsümü boşa veribsə, Azərbaycan millisinin də üzvü olan braziliyalı Almeyda son "futbol ili"ndə "Qarabağ"ın əsas heyətində möhkəmlənə bilməyib.