Şamaxıda minik avtomobilləri toqquşub, yaralılar var

12:00 - 21 May 2022 - HADİSƏ

Şamaxı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, Şamaxı-Padarçöl yolunda 77-FC-147 dövlət nömrə nişanlı "Daewo" və 10-FC-755 dövlət nömrə nişanlı "QAZ 3110" markalı minik avtomobilləri toqquşub.

Nəticədə Şamaxı sakinləri - 1995-ci il təvəllüdlü Rəfiyev Vüsal Natiq oğlu, 1987-ci il təvəllüdlü Vəliyev İntiqam Adıgözəl oğlu və 1995-ci il təvəllüdlü Həmidov Ağa Feyruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti