Azərbaycan millisi məğlub olub
08:20 - 14 May 2022 - İDMAN
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib.
Axar.az xəbər verir ki, Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub. Komandamızın heyətində 28-ci dəqiqədə Musa Məmmədov fərqlənib.
U-17 növbəti oyununu mayın 16-da gürcüstanlı yaşıdlarına qarşı keçirəcək.