"Yaxın dönəmlərdə xarici klublardan təklif almamışam. Düzü, bu barədə maraqlanmamışam. Mənim üçün vacib olan "Qarabağ"dır".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "köhlən atlar"la müqavilə müddətini uzatması barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis bildirib ki, onun üçün "Qarabağ"ın dəyəri digər klublardan daha böyükdür: "Onun adlı-sanlı klub olması belə, bu gerçəkliyi dəyişmir. Başqa kluba rəhbərlik etməyi düşünmürəm. Yaxın gələcək üçün ancaq "Qarabağ"ı fikirləşirəm".
Qeyd edək ki, Qurban Qurbanov "Qarabağ"la 3 illik yeni müqavilə imzalayıb.