Milan Obradoviç Azərbaycan millisindən ayrılır

18:17 - 11 May 2022 - İDMAN

Milan Obradoviç 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılacaq.

"Report"un əldə etdiyi məlumata görə, serbiyalı mütəxəssis AFFA ilə bu il iyunun 15-də başa çatacaq müqavilənin müddətini uzatmayacaq.

Buna səbəb 45 yaşlı baş məşqçinin artıq U-21 yığmasında işləmək istəməməsidir. Obradoviç özünü əsas millidə və ya klub futbolunda sınamaq istəyir. Amma onun milli assosiasiyada başqa vəzifəyə təyinat ala biləcəyi də istisna olunmur.

Qeyd edək ki, Milan Obradoviç 2019-cu ilin yanvarında Azərbaycanın U-21 millisinə baş məşqçi təyin olunub.

Xəbər xətti