UEFA Çempionlar Liqasında 2024-2025-ci illər mövsümündən etibarən qüvvəyə minəcək dəyişikliyi açıqlayıb.
Qurumdan verilən məlumata görə, həmin dövrdən başlayaraq turnir İsveçrə sistemi üzrə keçiriləcək və iştirakçıların sayı 32-dən 36-ya çatdırılacaq.
Ən böyük dəyişiklik ənənəvi qrup mərhələsindən bütün iştirakçı komandaların daxil olduğu vahid liqa mərhələsinə keçid olacaq. Hər bir klub ilkin mərhələdə 8 fərqli rəqibə qarşı ən azı 8 liqa oyununda (dörd ev və dörd səfər) çıxış edəcək.
Nəticələrə əsasən, səkkiz ən yaxşı komanda birbaşa 1/8 finala çıxacaq. 9-24-cü yerləri tutan klublar isə 1/16 finalda çıxış edəcək.
Bundan əlavə, UEFA adi klub əmsalları cədvəlindən imtina edəcək və Çempionlar Liqasında yerlər yalnız ölkələrin reytinqi əsasında veriləcək.
Oxşar dəyişikliklər həm Avropa Liqasına, həm də Konfrans Liqasına (burada komandalar ilk mərhələdə 6 oyun keçirəcək) təsir edəcək. Hər iki turnirdə 36 komanda çıxış edəcək.