Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin direktoru vəzifəsində dəyişiklik baş verib.
"Report"un əldə etdiyi məlumata görə, Natiq Abbasov tutduğu vəzifədən istefa verib. Onu yeni vəzifədə Ceyhun Mirzəyev əvəzləyib.
N.Abbasov açıqlamasında öz ərizəsi ilə işindən azad olunduğunu bildirib: "10 ildir işləyirdim, bəsdir".
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin balansında olan "Kür" Olimpiya Tədris-İdman Mərkəzi hələ keçmiş SSRİ dövründə avarçəkmə bazası kimi tanınıb.