ABŞ-ın Florida ştatının sakini 100 illik yubileyi şərəfinə paraşütlə tullanan ilk qadın kimi tarixə düşüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, İkinci Dünya Müharibəsində cəbhədə tibb bacısı kimi xidmət etmiş Raymond Sallivan yüzilliyini qeyd etmək üçün paraşütlə tullanıb. Uzunömürlü qadın bunu bir təlimatçı ilə birgə həyata keçirib.
“Mən heç vaxt paraşütlə tullanmağa cəhd etməmişəm. 100 il ərzində çox cəhd etmişəm, buna görə də bacardığım qədər bunu etməli olduğumu düşündüm. Deməliyəm ki, qorxulu idi”, - qadın söyləyib.
Sallivan qərara alıb ki, ilk paraşütlə tullanma da onun üçün sonuncu olacaq. Enişdən sonra o, ad gününü dostları və ailəsi ilə qeyd edib.