"Çelsi" satıldı - RƏSMİ

13:36 - 7 May 2022 - İDMAN

"Çelsi"nin yeni sahibləri məlum oldu.

 Offsideplus.az London təmsilçisinin rəsmi saytına istiandən xəbər verir ki, Todd Boli, Mark Uolter, Hansyorg Uissin və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrup klubun alınması ilə bağlı şərtlərdə anlaşıb.

Ümumi sərmayənin 2,5 milyard funt-sterlinqi klubun səhmlərinin alınmasına tətbiq olunacaq və bu gəlirin 100 faizi xeyriyyəçil məqsədilə dondurulmuş İngiltərə bank hesabına yatırılacaq.

Bundan əlavə, yeni sahiblər klubun inkişafı üçün 1,75 milyard funt-sterlinq qoyacaqlar.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsinə görə, Böyük Britaniya klubun rusiyalı sahibi Roman Abromoviçə sanksiyalar tətbiq etmişdi.

 

Xəbər xətti