"Barselona"dan 17 yaşlı oyunçu üçün astronomik təzminat

11:34 - 7 May 2022 - İDMAN

"Barselona" gənc yarımmüdafiəçisi Qavi ilə yeni müqaviləni razılaşdırıb.

Ucnoqta.az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə insayder Romano Fabritsio sosial şəbəkə hesabından paylaşım edib.

Yaxın günlərdə 17 yaşlı futbolçunun müqavilənin uzadılmasına imza atacağı gözlənilir. Futbolçunun agenti, "Barselona"nın keçmiş oyunçusu İvan de la Pena da danışıqların gedişindən məmnun olduğunu bildirib.

Romano Fabritsionun iddiasına görə, ildə təxminən 6 milyon avro maaş alan Qavinin məvacibi iki dəfə artacaq. Daha bir önəmli məqam təzminat bəndi ilə bağlıdır. İndiyədək bu rəqəm 50 milyon avroya idisə, bundan sonra astronomik məbləğ - milyard avro təşkil edəcək. Bu da “Barselona”nın öz gələcəyini Qavidə gördüyünə sübutdur.

17 yaşlı uşaq vunderkind bu mövsüm "blauqrana"nın heyətində bütün yarışlarda 42 oyun keçirib. O, çempionatda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 60 milyon avro qiymətləndirir.

Xəbər xətti