Azərbaycanı Avropa çempionatında təmsil edəcək ağırlıqqaldıran açıqlanıb

15:16 - 30 Aprel 2022 - İDMAN

Azərbaycanı Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatında təmsil edəcək ağırlıqqaldıran bəlli olub.

Bu barədə "Report"a müsahibəsində milli komandanın baş məşqçisi Emil Əliyev məlumat verib.

Onun sözlərinə görə, mayın 28-də start götürəcək yarışda Dadaş Dadaşbəyli (102 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 5-dək davam edəcək. Dadaşbəyli ötən Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə birinciliyində bürünc medal qazanıb.

Xəbər xətti