"Pari Sen Jermen" futbol klubunun argentinalı hücumçusu Lionel Messi top 5 liqalarda təhlükəli vəziyyətlərin qollara çevrilməsinə görə ən pis oyunçudur.
Bu barədə "WhoScored" portalı xəbər verib.
L.Messi ölkə çempionatlarında cari mövsümdə ən azı 10 təhlükəli epizod yaradan 165 futbolçu arasında ən pis nəticəni göstərib. 34 yaşlı hücumçuda təhlükəli vəziyyətlərin qollara çevrilmə faizi 8,3 olub.
Argentinalı futbolçu Fransa çempionatında "PSJ"-in heyətində 23 oyun keçirib və bu oyunda 4 qol vurub, 13 məhsuldar ötürmə edib.///unikal