Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib.
"Report" "Sportske.jutarnji" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda çiynindən xəsarət alıb.
Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. Azərbaycanlı forvard artıq müalicəyə başlayıb.
Onun mayın 1-də "Lokomotiva" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.
Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun heyətində indiyədək 2 qol vurub.