“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev cəzalanıb.
Bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
42 yaşlı mütəxəssis Premyer Liqanın XXIII turundakı hərəkəti üzündən cəza alıb. “Sumqayıt”la matçda (1:1) 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün dörd oyun şərti olmaqla, beş oyun cəzalanıb.
“Qəbələ” klubu isə dörd min manat cərimə olunub. Sınaq müddəti üç ay təyin edilib.///oxu.az