“Əvvəl şahmatla məşğul olmuşam, hakimlik etmişəm” - AFFA-nın yeni baş katibi

17:55 - 21 Aprel 2022 - İDMAN

“Mən AFFA-ya gəlməzdən öncə bir neçə il şahmatla ciddi məşğul olmuşam. Daha sonra iki il Gənclər Liqasında hakimlik etmişəm. Hərbi xidmətimi başa vurduqdan sonra 2009-cu ildən AFFA-da Beynəlxalq şöbədə işə başlamışam. 2022-ci ilin martın 17-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə baş katib vəzifəsinə təyin olunmuşam”.

Bunu AFFA-nın yeni baş katibi Sərxan Hacıyev deyib.

Yeni baş katib keçmişdə hakimlik etməsindən danışıb:

“Mən hakimliyi Əliyar Ağayev və hakimlik karyerasını artıq başa vurmuş Orxan Məmmədovla eyni vaxtda etmişəm. Eyni nəsil hakimləri olmuşuq. Həmin vaxt həm baş hakimlik, həm də laynsman funksiyasını icra etmişəm. Çünki Gənclər Liqasında hər iki hakimlikdə bizi sınayırdılar. Hansında yaxşı oldunsa, o sahədə fəaliyyətini davam etdirirdin.

Bildiyiniz kimi, VAR sistemi tezliklə Azərbaycanda tətbiq olunacaq. Müasir futbolda buna ehtiyac var. Ona görə də VAR sisteminin Azərbaycanda tətbiqi bizi sevindirməyə bilməz”.///oxu.az

Xəbər xətti