Ronaldunun ölən uşağının xatirəsi oyun zamanı yad edilib - Video

00:18 - 20 Aprel 2022 - İDMAN

"Liverpul" və "Mançester Yunayted" komandaları İngiltərə Premyer Liqasının XXX tur matçına qara sarğılarla çıxıblar.

"Report"un məlumatına görə, bu, "qırmızı şeytanlar"ın futbolçusu Kriştianu Ronaldunun yeni doğulan əkiz övladlarından birinin dünyasını dəyişməsi ilə əlaqədardır.

Bundan başqa, azarkeşlər və futbolçular matçın 7-ci dəqiqəsində oğlan uşağının xatirəsini alqışlarla yad ediblər. Ronaldunun özü görüşdə iştirak etmir.

Qeyd edək ki, hazırda "Liverpul" öndədir - 2:0.

Xəbər xətti