ARB kanalında yayımlanan "Səni axtarıram" qalmağa yeri olmayan ata və qızına ev hədiyyə olunub
Ucnoqta.az xəbər verir ki, mənzilin açarını Nemət bəyə təqdim edən Xoşqədəm Hidayətqızı vaxtilə həmin şəxsin atası ilə dost olduğunu və onu maddi çətinlikdən qurtardığını deyib.
Tanınmış aparıcı illər əvvəl ona maddi yardım göstərən şəxsin onun evini satılmaqdan qurtardığını bildirib. Lakin aparıcı həmin şəxsin adını çəkməyib.
Sözügedən şəxsin oğlu da xeyirxah addım atıb. O, qalmağa yeri olmayan Nemət adlı şəxsə və qızına ev bağışlayıb.