Fərid Qayıbov Azərbaycanın ilk “dəmir qadını”nı qəbul etdi - FOTO

10:20 - 15 Aprel 2022 - İDMAN

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın ilk “dəmir qadını” adını qazanmış triatlonçu Rəbiyyə Orucovanı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Qayıbov Orucovanı Cənubi Afrika Respublikasının Port Elizabet şəhərində keçirilmiş "Isuzu Ironman" turnirində “Ironman” titulu qazanması münasibətilə təbrik edib.

Triatlonçunun çıxışı ilə maraqlanan nazir ona yeni qələbələr arzulayıb.

Öz növbəsində, Orucova ölkədə idmançılar üçün yaradılmış şəraitə, kütləviliyin diqqət mərkəzində saxlanılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, “Triterra Baku" triatlon klubunun nümayəndəsi olan Rəbiyyə Orucova Isuzu Ironman" turnirində 3,8 km üzgüçülük, 180 km velosiped, 42 km qaçış da daxil olmaqla, tam “dəmir məsafə"ni 12 saat 18 dəqiqə 21 saniyəyə qət edib. O, yarışın velosiped mərhələsində qəzaya uğrasa da, əsl iradə nümayiş etdirərək, mübarizəni davam etdirib və finişə çatıb.

Xəbər xətti