Azərbaycanda toyuq əti BAHALAŞIB - VİDEO

23:36 - 13 Aprel 2022 - Cəmiyyət

Tələbatın yüksək olduğu quş əti məhsullarında bahalaşma müşahidə edilir.

Ucnoqta.az xəbər verir ki, Xəzər TV bu barədə süjet hazırlayıb.
Satıcılar bahalaşmanın səbəbini sözügedən məhsulları gətirən firmaların təyin etdiyi qiymətlərlə əlaqəndirirlər.

Azərbaycan quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiasiyasının rəhbəri Mürvət Həsənli isə bahalaşmaya yem və pərakəndə satış obyektləri ilə firmalar arasında yaranan problemlərin səbəb olduğunu vurğulayıb.

Gündəlik tələbat malları arasında xüsusi yer tutan toyuq ətinin qiyməti artıb. Satıcılar deyirlər ki, hazırda bu məhsul ötən aylara nisbətən 1-2 manat arasında bahalaşıb.

Bəzi satıcılar isə firmaların əvvəlki kimi toyuq gətirmədiyini deyirlər, ya sayı çox az gəlir, ya da ümumiyyətlə günlərlə gəlmir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası da bahalaşmanın olduğunu təsdiqləyib. Qurumun rəhbəri Mürvət Həsənli bildirib ki, toyuq məhsullarının bahalaşması yalnız yemlə əlaqəli deyil.

Mürvət Həsənli onu da əlavə edib ki, yemin bahalaşması daha çox Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır. Buna görə hər iki ölkə ixraca müəyyən məhdudiyyətlər qoyub. Hətta Argentina da soya satışına limit tətbiq edib.

Xəbər xətti