İspaniya La Liqasının növbəti turunda keçirilən "Barselona" - "Sevilya" matçının qalibi məlum olub.
Matçın 72-ci dəqiqəsində hesab açılıb. Meydan sahiblərinin heyətində Pedri fərqlənib.
Həmin qol da matçda qələbə topu olub 1:0.
Bu qələbə ilə xalını 57-yə yüksəldən Xavinin baş məşqçisi olduğu komanda turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. "Atletiko" 57 xalla 3-cü, "Sevilya" eyni xalla 4-cüdür.Turnir cədvəlinə 69 xalla "Real" başçılıq edir.