Azərbaycan millisinin heyətində zədələnmiş "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Klubun Mətbuat Xidmətindən verilən məlumata görə, aparılmış MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən sonra 31 yaşlı müdafiəçidə 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb.
Müayinəyə əsasən, Bədavi Hüseynov 10 - 14 gün məşqlərdən kənarda qalacaq.