PSJ-nin hücumçusu Lionel Messi Argentina millisində qalıb-qalmayacağı barədə qərarı 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından sonra verəcək.
Bu barədə “Marca” yazır.
Messi bildirib ki, milli komandada karyerasını bitirə bilər: “Bir çox şeylər haqda düşünməliyəm. Hər şey durumun yaxşı olub-olmayacağından asılıdır. Ümid edək ki, hər şey yaxşı keçəcək”.
Martın 26-na keçən gecə Argentina DÇ-2022-nin seçmə mərhələsində Venesuelaya 3:0 hesabı ilə qalib gəlib. Qollardan birini Messi vurub. Argentinalılar turnirin finalına vəsiqəni vaxtından əvvəl, hələ ötən ilin noyabrından təmin etmişdilər.
Messi Argentina millisinin tərkibində 158 oyun keçirib. 34 yaşlı hücumçu bu matçlarda 80 qol vurub.